Rus atalar sözü və məsəlləri
Gecikən nahaq yerə tələsir.
Tələsmə amma tez elə.
Dostluq ki var şüşədir sındırdın yamanmaz.
Balaca iş böyük işsizlikdən yaxşıdır.
Bir qaşiq qətran bir çəllək balı korlar.
Bir köhnə dost, iki təzə dostdan irəlidir.
Qalmaqallı məhəbbət yanğından betərdir.
Qəzəbədən qorxma, nəvazişə uyma.
Qəpiyi qorumayan, özü manata dəyməz.
Qızıl bağişlama, nəvaziş bağışla.
Alman atalar sözü və məsəlləri
Bir dəqiqə sonradansa, bir saat qabaq yaxşıdır.
Qartallar milçək tutmur.
Qorxu olmayan yerdə hamı igidə dönür.
Iyirmisində gözəl, otuzunda güclü, qırxında ağıllı və əllisində varli olmayandan heç nə gözləmə.
Yaxşı gün dostları verir, yaman gün onları yoxlayır
Şərəfi itirmək hər şeyi itirməkdir.
Şərabda çox adam batır, nəinki dənizdə.
Şübhə dostluğa zəhərdir.
Böhtan insanı öldürər.
Romada özünü romalı kimi apar.
İndoneziya atalar sözü və məsəlləri
Daş nə qədər yuxarı qalxsa, yenədə torpağa düşəcək.
Dənizin dərinliyini ölçmək olar,ürəyin dərinliyini yox.
Əgər cibin boşsa, yaxın dostun da uzaq olacaq.
Yolda ayağını qoru, söhbətdə dilini.
Yolun axırında azdınsa, qayıd yolu təzədən başla.
Soruşmasan yolu azarsan.
Aşaqdaki yarpaq düşəndə qoy yuxardaki gülməsin, onunda növbəsi çatacaq.
Yatmiş ilana dəymə
Pişik lap Məkkədə də olsa, miyoldamağını tərgitməyəcək.
Taleyin gedişi lap mil kimidir: gah yuxarı, gah aşağı.
Türk atalar sözü və məsəlləri
Alim olmaq isdyirsən durma, yaz cahil olmaq isdəyirsən durma, qaz
Böylə qəm böylə kədər böylə gəlmiş böylə gedər
Qadinin biri əla, iksisi bəla.
Yay kimi əyri olsam əldə tutarlar məni,ox kimi dümdüz olsam çölə atarlar məni
Atəş alovla söndürülməz.
Ərəb atalar sözü və məsəlləri
Susmaqda cavabdir.
Dosdun iradına qulaq asmaq, dostu itirməkdən yaxşıdır.
Tərbıyə qızıldan qiymətlidir.
Zamanə yaxşı müəllimdir.
Zibil dənizi bulandıra bilməz
Siz saytda qeydiyyatdan keçməmisiniz,saytın bütün imkanlarında istifadə etmək üçün qeydiyyat etməlisiniz və öz hesabınızla sayta daxil olmalısınız.