Vüsal Əsgərli - Ürəyini aldı (Muasir Meyxana)
Salam əziz oxucularım və mənim sənətimlə maraqlananlar. Sizdən mənə olan dualarınızı və alqışlarınızı əsirgəməməyinizi rica edirəm. Mən Əsgərli Vüsal Mirtahir oğlu 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. 1993-2003-cü illərdə orta məktəb, 2003-2007-ci illərdə isə ali məktəb təhsili almışam. Şer-söz sənətinə marağım daha doğrusu ümumi incəsənətə marağım uşaqlıqdan olubdur. Hətta, deyərdim ki, 4-5 yaşlarımda bir çox musiqi alətlərinə olan münasibətim məni nağara alətində ifa etməyə sövq etmişdir. Məhz nağaraya, ritmə bağlılığım mənə musiqini sevdirmişdir. Sonralar – təxminən 17-18 yaşımda özümdə bədahətən söz demək qabiliyyətinin olduğunu hiss etdim və səsimin, musiqi duyumumun olmasına arxayın olub, bu sənəti seçdim və onu, yəni, meyxananı təkmilləşdirməyə başladım. Xülasə, hal-hazırda mən fəaliyyətdəyəm. Mənim sənətimə maraq göstərənlər mahnılarımı dinləyib zövq ala bilərlər. Yaxınlarda televiziya məkanında da görünəcəyəm, çıxışlarım olacaq. Diqqətinizə görə minnətdaram. Sizə məsləhət görürəm ki, meyxananın adına ləkə gətirib, ağzına gələni oxuyanlara qulaq asıb zövqünüzü korlamayın. Çox sağ olun, təşəkkür edirəm ki, qızıl vaxtınızdan ayırıb, mənim haqqımda olan məlumatı oxudunuz.
Toy
Yüklə | İndir | Скачать | Download
Öyrət Məni
Yüklə | İndir | Скачать | Download
Xatirələr
Ürəyini Aldı
Yüklə | İndir | Скачать | Download
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz. |










































