Gənc müğənni Samrina bu gündən etibarən bir neçə müğənni ilə çalışmış menecer Ceyhun Məhərrəmov(saytımızın rəhbəri meherremOFF) ilə iş birliyinə başlayıb. Ceyhunun SİA-ya verdiyi məlumata görə, o, Samrinadan öncə Günay İbrahimli ilə işləyib.
Menecer tək Samrina ilə kifayətlənməyərək eyni zamanda Leyla Ramazanlının da mətbuat katibidir. Ceyhun Samrina ilə iş birliyinin uğurlu olacağına inanır.
Ceyhun Samrinanın yeni işləri haqda da məlumat verib: “Musiqisi Pərviz Mahmudov, sözləri Aygün İsmayılovaya məxsus olan “Gedirəm” adlı yeni mahnını bir neçə gündən sonra radio dinləyicilərinin öhdəsinə buraxacağıq. Artıq mahnı internet saytlarında yayımlanıb”.
Ceyhun Məhərrəmov onu da qeyd edib ki, Samrina mart ayında yeni mahnı ilə dinləyicilərin qarşısına çıxacaq.
Siz saytda qeydiyyatdan keçməmisiniz,saytın bütün imkanlarında istifadə etmək üçün qeydiyyat etməlisiniz və öz hesabınızla sayta daxil olmalısınız.